Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


21.01.2022  14:39 

Mehdiyev Şükürovun istefasını qəbul etmədi





A+  A-

Tarix İnstitutunun Baş direktoru Kərim Şükürov səhər saatlarında AMEA-nın Rəyasət Heyətinə gəlib və istefa verməsi ilə bağlı rəsmi ərizə ilə müraciət edib.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli "Unikal"a açıqlamasında deyib.

İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu dəqiqələrdə K.Şükürovun ərizəsinə baxılıb və onun istefası qəbul olunmayıb: "Onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun sayılıb. Gün ərzində bir neçə dəfə Kərim Şükürova zəng etmişəm, amma onun telefonu bağlıdır. Kərim Şükürovla görüşüb, bu məsələni danışmaq istəyirəm".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə görə istefa verəcəyini demişdi.

Xəbər 3215 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +