Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


08.04.2021  10:45 

Fəhlə torpağın altında qalaraq ölüb





A+  A-

Abşeron rayonunda fəhlə torpağın altında qalaraq ölüb.
Rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan “Rəmzi S” MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlu ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla müəyyən edilib ki, Adəm Usubov qeyd edilən fabrikdə müəyyən işlər görərkən ətrafa yığılmış torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 3378 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +