Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


13.02.2020  16:45 

Çingiz Qənizadənin dairəsinin nəticələri ləğv edildi





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləyqan seçki dairəsindən qeydə alınmış namizədlər Razim Əmiraslanlı və Şirinov Hikmətin müraciətlərinə baxılıb.
XəzərNews.az xəbər verir ki, həmin şəxslər müraciətində səsvermə günü məntəqələrdə seçki pozuntularının olduğunu qeyd edib. Ərizələrdə qeyd edilib ki, məntəqələrdə topa bülletenlər atılıb, seçicilərə bir neçə bülleten verilib, səsvermə nəticələrinə dair protokol məlumat lövhəsində asılmayıb.

MSK qərara alıb ki, 49 seçki məntəqəsindən 29-da seçkilərin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, MSK sözügedən dairədən Çingiz Qənizadənin qalib olduğunu açıqlamışdı.

***

Çingiz Qənizadə ilə bağlı şikayəti keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu Hikmət Şirinov edib.

***

MSK sədri Məzahir Pənahov bildirib ki, sosial media onların ən etibarlı köməkçisidir: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir".

Xəbər 3381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +