Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


04.08.2019  11:56 

Sumqayıtda yol qəzası - 1 ölü, 4 yaralı





A+  A-

Ötən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar - Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan biri - 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 2959 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +