Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


08.11.2018  12:57 

İstanbulun yeni aeroportundan Bakıya ilk təyyarə uçdu





A+  A-

İstanbulun yeni hava limanından Bakıya ilk reys baş tutub.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, Bakıya gələn ilk təyyarə yerli vaxtla saat 09:30-da havaya qalxıb.

Bu gündən etibarən həmin aeroportdan Bakıya hər gün bir reys yerinə yetiriləcək.

Qeyd edək, İstanbulun 3-cü hava limanı oktyabrın 29-da açılıb.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

Xatırladaq ki, İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

Bundan əvvəl Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən Trend-ə bildirilmişdi ki, aeroportun tikintisinə 10 milyard türk lirəsi xərclənib.

İstanbulun yeni hava limanından Bakıya (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Biletlərin satışına artıq başlanıb.

Xəbər 3502 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +