Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir


07.11.2018  09:17 

İrana qarşı SANKSİYALAR manata necə təsir edəcək?





A+  A-

“Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub”.
Bunu XəzərNews.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi, əksinə azaldı:

“Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək, heç də təəccüblənməməliyik”.

V.Bayramov həmçinin, qonşu ölkələrin milli valyutalarının dəyərsizləşməsinin manatın məzənnəsinə təsirlərindən də danışıb:

“Əslində bu bizim uzun müddət gündəmdə saxladığımz fikirin rəsmi dəstəklənməsidir: manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfdaşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90 faizinə, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil.

Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Doğrudur, bu məşğulluq təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da, yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Bu baxımdan da qonşu ölkələrdə milli valyutaların kursu bizim üçün əhəmiyyətlidir”.

Ekspert deyib ki, proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələb yüksələcək:

“Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımızın iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər”.

Xəbər 3072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +