Dənizçilərin sənədləri saxtalaşdırılıb?
Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ
Qızıldaşda keçmiş uşaq bağçası zibilxanaya çevrilib
Bu ərazilərdə qaz olmayacaq
Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?


15.09.2018  18:45 

“Bakının azad edilməsi tarixi hadisə idi” - İlham Əliyev





A+  A-

“Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini xatırladan dövlətimizin başçısı bunun tarixi hadisə olduğunu vurğulayıb.

“İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”, - deyə prezident İlham Əliyev qeyd edib .

Xəbər 2732 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +