Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


25.05.2018  11:48 

Aygün qalmaqallı paylaşımından danışdı: “O boyda böyük şeyi görmədin?“





A+  A-

Xalq artisti Aygün Kazımovanın İnstaqramında paylaşdığı “W-trio” qrupunun keçmiş görüntüsü qalmaqala səbəb olmuşdu.
XəzərNews.az-ın məlumatına görə, görüntüdə müğənninin küsülü olduğu Röya Ayxan, sənətçilər Natavan Həbibi və Elnarə Xəlilova yer almışdı. R.Ayxan videoya sərt reaksiya vermiş, etirazını bildirmişdi.

Kazımova “ATV maqazin onlarla” verilişində paylaşımından danışıb. O, bununla bağlı suala belə cavab verib:

“Kimdə var bu ürək? O ürək ancaq məndə var. Vaqif Gərayzadəmizin ad gününü təbrik etdim. Hamını işarələdim, böyük hörmətlə, sevgi və sayqıyla. Baxışlar müxtəlifdir. Kim isə orada ancaq gözəllik gördü. Amma kim isə orada bir vergül var və o bir az əyri qoyulub... Gözü ona sataşdı. O boyda böyük şeyi görmədin? Gördüyün o balaca vergül idi? Doğrudan da, gözəl şeyləri görməyi bacarmaq lazımdır.

Mən bu 30 ildə dəyişmədim. Yanlış addımlarım oldusa da, onu anladım, ilk addım atmağı, üzr istəməyi bacardım. Bu xasiyyətimlə mən ucaldım. Üzr istəməyi də, ilk addımı atmağı da, sonda fikir söyləməyi də, susmağı da bacarıram. Bu gün xalq artistiyəm, 30 ildir səhnədəyəm, amma hamıdan çox dərs alıram”.

Xəbər 3739 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +