Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


20.01.2025  10:01 

Davos Forum öz işinə başlayır





A+  A-

Bu gün İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forum öz işinə başlayacaq. Yanvarın 24-dək dünyanın müxtəlif ölkələrindən olan liderlər əsas qlobal problemləri və 2025-ci il üçün prioritetləri müzakirə edəcəklər. Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı işgtirak edəcək.

XəzərNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Olaf Şolz, Avropa Parlamentinin sədri Roberta Mezzola, İsrail prezidenti İsaak Hersoq, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif, Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybaninin tədbirə qatılacağı qeyd edilir.

Dünya İqtisadi Forumunun rəsmi saytının məlumatına görə, konfransda
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi gözlənilir.

Forumda həmçinin biznes, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, elm, media və incəsənət nümayəndələri iştirak edəcək.

Tədbirdə ümumilikdə 3 min adam iştirak edəcək.

Xəbər 3643 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +