SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”
Anar Rzayev nəyi yenilik kimi təqdim edir?
Ödənişli yollar bu ərazilərdə tətbiq olunacaq - Açıqlama
Zelenski: “Ukrayna müharibəni yaxşı bitirəcək”
2600 manatlıq birdəfəlik müavinət kimlərə veriləcək?


17.07.2024  12:26 

Layihələr ardıcıl deyil, kampaniya xarakteri daşıyır -Video





A+  A-

Xəzərnews.az xəbər verir ki, "Diasporla Gündəm"in növbəti qonağı Milli İstiqlal Partiyası liderinin köməkçisi Əli Orucov olub.

Ə.Orucovla söhbət zamanı diaspora quruculuğu, lobbiçilik və xaricdə yaşayan azərbaycanlıların siyasi fəaliyyəti kimi bir sıra məsələlər müzakirə edilib.

Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar arasında həmin ölkələrə inteqrasiya və təşkilatlanma qaneedici səviyyədə deyil.

"Fəaliyyət ürəkaçan deyil. Onların siyasi proseslərdə fəallığını görə bilmirik. Uzun illərdir yaşadıqları ölkələrin ictimai-siyasi həyatında rol oynamaları üçün bir sıra işlər görülür. Təəssüf ki, bu gün istənilən nəticəni əldə edə bilməmişik. Rusiya, Türkiyə, Gürcüstan və s. kimi azərbaycanlarıların kompakt yaşadıqları ölkələrdə soydaşlarımız istəsələr təsir gücünə malik ola bilərlər. Onların vasitəsilə həmin ölkələrin Azərbaycanla bağlı siyasətlərində də müəyyən koordinal dəyişikliklər əldə edilə bilər. Hesab edirəm ki, soydaşlarımız hələlik öz problemlərinin həlli üçün yaşayırlar. Bu yanaşmanı aradan qaldırmaq vacibdir", - o, deyib.

Ə.Orucov lobbi fəaliyyətinin daha uğurlu və perspektivli olması kontekstində görülə biləcək işlərdən danışıb. O bildirib ki, lobbiçiliyin gücləndirilməsi istiqamətində təkcə azərbaycanlılar deyil, siyasi sferada olanlar da prosesə cəlb edilməlidir:

"Bu məsələlərin həlli sistemli və vahid mərkəzdən idarə olunmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi bu yöndə lazımi işlər görə bilmir. Bəzi hallarda həyata keçirilən layihələr ardıcıl deyil, kampaniya şəklində icra edilir. Formal sürətdə tədbirlər təşkil etməklə problemlər aradan qaldırılmır".

Milli İstiqlal Partiyası liderinin köməkçisi xaricdəki soydaşlarımızın seçkili orqanlardakı fəaliyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, əsas həlledici siyasi orqanlarda azərbaycanlıların mövcudluğu yox dərəcəsindədir.

"Soydaşlarımızın sözügedən orqanlara cəlb edilə bilməməsinin səbəbləri araşdırılmalıdır. Elm, mədəniyyət, texnika və s. kimi sahələrə, eləcə də yaşadıqları ölkələrin cəmiyyətinə təsir göstərə biləcək kifayət qədər həmvətənlərimiz var",- deyə Ə.Orucov qeyd edib.



Xəbər 8992 dəfə oxunub.





22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ


BÜTÜN XƏBƏRLƏR +