Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


19.08.2025  12:11 

İlham Əliyev Cared Koheni qəbul etdi





A+  A-

Avqustun 19-da Azərbaycan Prezidenti İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb.

Ölkəmizlə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək, Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirilib.

Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunuldu və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb.

Söhbət zamanı ölkəmizlə şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.


Xəbər 1440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +