İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


05.02.2024  08:49 

Dava etmiş idmançılar barışdılar - Bu, onları həbsdən xilas edəcəkmi? - VİDEO





A+  A-

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

Təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.

Barışıq əldə olunduqdan sonra zərəçəkmiş Həsən Əzizov və təqsirləndirilənlərdən biri çempion Tofiq Musayev Bakupost.az -ın redaksiyasına gələrək müsahibə veriblər və Bakupost TV vasitəsi ilə bu hadisədən ictimaiyyətin xəbərdar olmasını istəyiblər.
Qeyd edək ki, bu hadisə ilə bağlı Həsən Əzizovun Bakupost.az -a verdiyi videomüsahibə geniş rezonansa səbəb olmuşdu. Məhz buna görə də tərəflər başıq əldə edilməsini bu tribunadan yaymağa qərar veriblər.

Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib.



Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman kariyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.

Lakin həmin vaxt idmançılarla bağlı heç bir tədbir görülməyib. Həsən Əzizov Daxili İşlər Naziri Vilayət Eyvazovla görüşdən, hadisə barədə məlumat verdikdən sonra iş Səbail rayon Polis İdarəsindən alınaraq, Bakı Baş Polis İdarəsinə verilib. Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.



Xəbər 2262 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı


BÜTÜN XƏBƏRLƏR +