Ukraynanın keçmiş xarici işlər naziri ölkəni niyə tərk edib?
İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır


31.10.2019  10:07 

Azərbaycanda bəzi qadınların süni mayalanmasında əcnəbi kişi donordan istifadə edilirmiş





A+  A-

Dünyada sonsuzluq problemi yaşayan ailələrin sayı getdikcə artmaqdadır. O cümlədən də Azərbaycanda. Xüsusilə də kişi sonsuzluğunun artması bəzi qadınların donor mayalanması ilə hamilə qalmaq üsullarına əl atmasına səbəb olur. Nəticədə bir çox ailənin övlad arzusu 3-cü şəxsin iştirakı ilə gerçəkləşir. Araşdırmalar göstərir ki, hətta əcnəbi donorun süni mayalanmaya cəlb olunmasını istəyən ailələr də var... Təbii ki, söhbət Azərbaycandan gedir.
Bakıda süni mayalanma həyata keçirən klinikalardan əldə etdiyimiz məlumatlarda kişi donor kimi əcnəbilərdən də istifadə olunduğu istisna edilməyib.

Bəs Azərbaycan qanunvericiliyində süni mayalanma zamanı əcnəbi vətəndaşların donor olmasına icazə verilirmi?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a bildirib ki, hazırda mövcud qanunvericilikdə bu yöndə ciddi boşluq var:

“Yəni qanun nəyi qadağa etmirsə, onu gerçəkləşdirə bilirlər. Amma Milli Məclisin payız sessiyasının iş planına da salınan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində bu məsələ daha da konkretləşdirilib. Qanun layihəsində qeyd edilib ki, yalnız nikahda olan şəxslərdən donor kimi istifadə edilə bilər, bətndənkənar mayalanma etmək olar, nikahda olmayan - istər yerli, istərsə də əcnəbi şəxslərdən donor kimi istifadə etmək olmaz”.

Musa Quliyev hazırda gerşəkləşdirilən mayalanmanı “süni mayalanma” deyil, “bətndənkənar mayalanma” adlandırıb.

Deputat bildirib ki, yeni hazırladıqları sənədə əsasən, nikahda olan şəxslərdən birinin hətta sonsuzluq problemi olsa belə, qanun kənar şəxslərdən donor kimi istifadəni qadağan edəcək.

“Qanuna əsasən, donor kimi ya nikahdakı şəxslərdən istifadə olunacaq, sonsuzluq problemi olacaqsa belə, üçüncü bir şəxsdən istifadə edilməyəcək. Bu qanunu yazanlardan biri mən olduğuma görə, məsələyə münasibətim artıq bəllidir: donor kimi kənar şəxslərdən istifadə olunmasına qarşıyam”.

İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli bildirib ki, süni mayalanmaya şəriətdə müxtəlif baxışlar var.

“Bəzi din alimləri süni mayalanmanı icazəli hesab etmir. Digərləri isə süni mayalanmada donor kimi xanımın sadəcə həyat yoldaşından istifadəsini düzgün qəbul edir. Nikahdankənar şəxslərin donor kimi istifadəsinə din alimlərində fərqli yanaşma var, əksəriyyət buna razı deyil. Şəriət kənar şəxsin donor kimi istifadəsinə o vaxt icazə verir ki, həmin şəxsin kimliyi bəlli olsun. Din donorun kimliyinin anonim saxlanmasına icazə vermir. Şəriət əcnəbi vətəndaşın donor kimi istifadəsinə həmin şəxsin müsəlman olduğu və kimliyi bəlli olduğu təqdirdə icazə verir”.

Xəbər 3333 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +