Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


05.01.2018  09:45 

2018-ci ildə Azərbaycanda baş verəcək - Tarixi hadisələr





A+  A-

Ötən il olduğu kimi, 2018-ci ildə də Azərbaycanda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm hadisə prezident seçkiləridir. Prezident seçkiləri oktyabrın 17-də keçiriləcək.

28 mayda isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.

Əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Yeni ildə ölkəmiz bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 5-9 iyun tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatı keçiriləcək.

Bundan əlavə, Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, 27-29 aprel 2018-ci il tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun 2018-ci il tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti – 82-ci iclası da 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.

27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb edəcək.

Bu il Azərbaycan, həmçinin bir sıra mühüm siyasi tədbirlərə ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 aprelində Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.

2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm hadisələrdən biri də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi olacaq.

88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq.
Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək.

Xəbər 3276 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +