Rəis rüşvət almaqda ittiham olunur
Putin və Tramp Budapeştdə görüşəcək
İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...


29.08.2022  14:50 

İçimizdəki xəyanət şəbəkəsi - irançılar, amerikaçılar, rusçular...





A+  A-

Gözlənilən oldu. Ssenari təkrarlandı. Azərbaycan uğur ərəfəsində, ya da uğur qazandıqdan sonra əks-kampaniya başlayır. O uğurdan diqqəti yayındırmağa çalışırlar. Gündəmi dəyişmək lazımdır axı...

Laçın, Zabux, Sus qələbəsinə cavab özünü gecikdirmədi. Azərbaycanlıların qərbçi, irançı, rusçu olmalarını seyr etmək ağrılıdır. Çox deyillər, fəqət az da sayılmazlar.

Bunlara imkan verilsə, nələr etməzlər, nələr. Demokratiya, insan haqları, din, inanc pərdəsi altında Azərbaycanın köklü maraqlarına qarşı açıq şəkildə çıxanlar, başqa ölkənin vətəndaşları deyillər. “Özümüzünkülərdi”. Olmaz olsun belə özü.
Prezidentin köməkçisi Hikmət Hacıyevin ABŞ və Fransa səfirləri haqda açıqlaması bəlli qruplar tərəfindən hədəf alındı. Ən müxtəlif arqumentlərlə Amerikanı, Fransanı, istənilən Avropa ölkəsini, beynəlxalq təşkilatı müdafiə etmək olar. Mövzu Azərbaycanın maraqlarıdırsa, ölkəmizin ərazi bütövlüyüdürsə, Qarabağdırsa, dayanmaq lazımdır. Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə hörmətsizlik edən diplomatı, ölkəni, təşkilatı müdafiə etmək yumşaq desək, öz dövlətinə qarşı çıxmaqdır. Burda hansısa arqument köməyə gəlmir. Maskalar cırılır, gerçəklər üzə çıxır. Ya öz ölkəndən yana olmaq var, ya başqa ölkələrin maraqlarına nökərçilik etmək. Hakimiyyətə müxalifət adı ilə hər fürsətdə Azərbaycana qarşı çıxmağın adını siz qoyun...

Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq tədbirə qatılmamalarını tənqid edib. Sitat: “ABŞ və Fransa növbəti dəfə Şuşaya getməkdən imtina edib və bu gün onlar burada iştirak edən xarici diplomatlar arasında yoxdur. Bununla da onlar Azərbaycan hökumətinin dəvətinə açıq hörmətsizlik ediblər. Biz bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndiririk".

Durumun dəqiq və birmənalı qiymətini verib Hikmət Hacıyev. Başqa nə deməli idi? Haqq qazandırardı? Deyərdi ki, düz edib dəvətimizi qəbul etməyiblər? İndiyədək oxşar davranışları hansı ölkənin səfiri edibsə, qınanıb. Qınanmalıdır! Adamdan soruşarlar, xeyir ola, niyə dəvətimizi qəbul edib Qarabağa getmirsən? Ermənistana, erməni diasporuna dəstək verirsən? Mesaj ötürürsən ki, baxın, Azərbaycanda fəaliyyət göstərsək də, sizinləyik?

Dünya bilməlidir ki, azərbaycanlılar ərazi bütövlüyü, müstəqillik və s. bu kimi mövzularda heç kimə, heç bir ölkəyə güzəştə getmirlər. Necə ki bu mövqeni xalq olaraq 30 il nümayiş etdirdik. Torpaqlarımız işğal edildi, dədə-baba torpaqlardan didərgin düşdük, amma ümidimiz ölmədi. “Nə vaxtsa qayıdacağıq, geri alacağıq” dedik. Və dediyimizin üstündə durduq, düşündüyümüzü etdik.

Vətən müharibəsi başlatdıq. 44 gün savaşdıq. İşğalın və işğalçının başını əzdik. “Artsax” “ideologiyası”nı tarixin zibilliyə gömdük. Dünya gördü ki, mövzu Vətəndirsə, Qarabağdırsa, azərbaycanlılar bu uğurda ölməkdən belə qorxmurlar. Ortaya birlik modeli qoya bildik. Qələbənin ən əsas şərtlərindən biri dövlət-millət birliyidir. Buna nail olduq. Türkiyə-Azərbaycan birliyi də bu işdə öz işini gördü. “Tək millət-tək dövlət” konsepsiyası dövriyyəyə girdi. O vaxt da narahat idi irançılar, qərbçilər, rusçular. Sadəcə ictimai qəzəbdən qorxduqları üçün səslərini çıxara bilmirdilər. İndi bir az ürəkləniblər. Bu adamlara güzəşt olmamalıdır. Dövlətin gözü və xalqın qınağı bunların üzərindən əskik olmamalıdır.

Qarabağ məsələsində bir-birinə zidd qüvvələr, bir-biri ilə düşmən olan ölkələr hər zaman bir olub – həm fikircə, həm əməlcə. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi üçün İran da, ABŞ da, Avropa da, Rusiya da ortaya açıq mövqe qoyub. Nə yazıq ki, bu mövqe hər zaman işğalçı Ermənistanın xeyrinə olub. Biz dünyadan ədalət gözləsəydik, BMT qətnamələrinin icrasına ümid etsəydik, nə Qarabağı işğaldan qurtara bilərdik, nə ərazi bütövlüyümüzü bərpa edərdik.

Bəzən bütün dünyanın böyük gücləri sənə qarşı olanda ortaya iradə qoyub, savaşırsan və qalib olursan. Biz qalibik. Dünya güclərinin bütün növ xəyanətinə, ikiüzlülüyünə rəğmən, Vətənin bütövləşməsi prosesini uğurla aparırıq. Bir yumruqlu canı oldu bu xəyanətlərin. Bir yumruqluq canı da qalmayıb işğalçının. Bura qədər bacardıqsa, indən sonrasının da öhdəsindən gələcəyik.

Biz işğalçının başına necə yumruq endirdiksə, xəyanətin, xəyanətkarların da dərsini o şəkildə veririk, verəcəyik.

Azər Ayxan


Xəbər 3172 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +