İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı


11.10.2021  13:28 

İran Xəzərə qoşun yığır, müharibə riski ola bilərmi?





A+  A-

Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb.

XəzərNews Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin bu gündən başlayacaq təlimləri İranla artan gərginlik fonunda keçirilir. Bundan bir müddət əvvəl də Xəzərdə təlimlər keçirildi. Sentyabrın əvvəllərində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.

Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə eyni bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Bunu sübut edən görüntülər sosial mediada yayılıb. Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib.

İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş videokadrlardan da aydın olur ki, katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. İram mənbələrinə görə, onların sayının 4 mindən çox olduğu bildirilir. O da qeyd olunur ki, sayın çox olması silah və döyüş texnikalarının zəifliyini kompensasiya etmək məqsədi daşıyır.

Mənbələrdə qeyd olunur ki, Azərbaycanla münasibətlərin kəskinləşəcəyi təqdirdə, İran komandanlığı Bakı üçün xüsusi əhəmiyyətə sahib Xəzərdəki neft infrastrukturu obyektlərini "Moskit (ağcaqanad) donanması"ndan asanlıqla istifadə edərək hədəf ala biləcək.

İran əvvəllər də bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib. İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.

Xəbər 3577 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +