İş adamı həbsdən çıxmaq üçün 100 milyon verir
Ramiz Mehdiyevin ev həbsində olduğu villası - Video
Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Xalq yazıçısı Cabir İmanovla bağlı danışıb
Ukrayna ordusunun təlim poliqonu “İsgəndər”lə vuruldu
Tovuzda baş verən qətl... - Təfərrüatlar məlum oldu
Bu adam 45 milyon insanın ölümünə necə bais oldu?
9 nəfərin 3 milyon pulunu neçə ələ keçirdi...
Putin Suriyaya gedir?
Rusiya Ukrayna itkilərini açıqladı


12.04.2019  18:43 

“Əlaqələrimiz yaxşı dinamikaya malikdir” - İlham Əliyev





A+  A-

“Biz çox şadıq ki, yubileyinizdən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib:

"Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir".

İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən İ.Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib.

Dövlət başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər 3222 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.10.2025  14:32 

Putin Suriyaya gedir?

16.10.2025  14:26 

Tanınmış aktyor vəfat etdi

16.10.2025  12:52 

Prezident yeni səfiri qəbul etdi

16.10.2025  10:28 

Ramiz Mehdiyevin halı pisləşib

16.10.2025  10:12 

Ukrayna Saratovu dumana bürüdü


BÜTÜN XƏBƏRLƏR +