Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


07.03.2021  09:14 

Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi





A+  A-

Ermənistan Prezidenti Armen Sarkisyan martın 7-də müxalifət nümayəndələri ilə görüşmək istəyir.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyanın istefasını tələb edən siyasi qüvvələri birləşdirən müxalif “Vətənin xilası hərəkatı”nın nümayəndəsi İşxan Saqatelyan deyib.

“Bizə prezidentin hərəkat rəhbərləri ilə növbəti dəfə görüşmək istədiyi deyildi”, - deyə Saqatelyan qeyd edib.

Onun sözlərinə görə, əvvəlki görüş zamanı müxalifət öz mövqeyini bildirib və Baş qərargah rəisinin istefası ilə bağlı məsələnin Konstitusiya Məhkəməsinə göndəriləcəyinə dair zəmanət alıb.

“Bizə yekun cavab verilməyib, ancaq bazar ertəsinədək vaxt var. Prezident Konstitusiya Məhkəməsinə müraciət etməyə məcburdur, əks halda, ölkədə hazırkı vəziyyətə və baş verəcəklərə görə şəxsən məsuliyyət daşıyacaq”, - deyə İşxan Saqatelyan qeyd edib.

O, həmçinin, Baş qərargah rəisini öz vəzifəsini tərk etməməyə çağırıb.

Xəbər 3768 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +