“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir


18.10.2025  11:49 

Azərbaycanlı alim Əqidə Mənizadə ABŞ-də yenə fərqləndi





A+  A-

ABŞ-nin Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor vəzifəsində fəaliyyət göstərən azərbaycanlı alim, professor Əqidə Mənizadə ölkəmizi elmi və akademik mühitdə uğurla təmsil edir.

XəzərNews.az xəbər verir ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Təhsilini ABŞ-də davam etdirən alim “William & Mary” Kollecində riyaziyyat təhsili üzrə magistr, Virciniya Universitetində isə riyaziyyat təhsili sahəsində fəlsəfə doktoru (PhD) dərəcəsinə yiyələnib.

2009-cu ildən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor kimi fəaliyyət göstərən Əqidə Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və “Virciniya Riyaziyyat Müəllimi” jurnalının baş redaktorudur.

Onun əsas tədqiqat istiqamətləri riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi sahələrini əhatə edir. Akademik bu mövzular üzrə 27 elmi nəşrin müəllifidir.

Əqidə Mənizadənin elmi və pedaqoji fəaliyyəti Azərbaycan alimlərinin beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayır və gənc nəsil üçün nümunəvi akademik uğur hekayəsi kimi dəyərləndirilir.

Xəbər 3969 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +