Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq


29.03.2021  11:34 

İslamabadda keçirilən “Novruz 2021”də ölkəmizin mədəniyyəti





A+  A-

Azərbaycanın milli və mənəvi dəyərləri, eləcə də milli mətbəxi İslamabadda keçirilən "Novruz 2021” mərasimində Pakistan ictimaiyyətinə və xarici ölkələrin diplomatlarına təqdim olunub.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirə Pakistanın birinci xanımı Samina Alvi, Pakistanın Xarici işlər katibi, ölkənin ictimai və siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatlar, ictimaiyyətin nümayəndələri, media təmsilçiləri qatılıb.

Azərbaycanın Pakistandakı səfirliyi Novruz şənliyində ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təqdim edib.

Tədbirdə Azərbaycan həqiqətlərini, ölkəmizin sosial-iqtisadi tərəqqisini və inkişafını əks etdirən müxtəlif əyani materiallar da nümayiş olunub. Səfirliyimizin əməkdaşlarının övladlarının ifasında yallı rəqsi alqışlarla qarşılanıb.
Pakistanın birinci xanımı və digər qonaqlar Azərbaycan səfirliyinin və digər ölkələrin səfirliklərinin pavilyonlarını gəziblər.

Şənlik iştirakçılarını təbrik edən Pakistanın birinci xanımı Samina Alvi Novruzun gəlişi ilə təbiətin oyandığını, regionda sülh və həmrəyliyin simvolu kimi xalqları bir araya gətirdiyini, ortaq adət və ənənələr formalaşdırdığını vurğulayıb, Novruzun aşıladığı dəyərlərin qorunmasının önəmini ifadə edib, səfirliklər tərəfindən nümayiş etdirilən mahnı və rəqslərin, milli yeməklərin onu valeh etdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən qonaqlar Pakistandakı səfirliyimiz tərəfindən sərgilənən milli mətbəx nümunələrindən dolma, plov, qutab, şəkərbura, paxlava və digər təamlara, həmçinin Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən suvenirlərə, Novruz bayramına dair kitablara, eləcə də Azərbaycanın siyasi və iqtisadi inkişafını və qədim mədəniyyətini əks etdirən nəşrlərə böyük maraq göstərib.

Mərasimdə Novruz bayramının əsas atributları, eləcə də yumurta döyüşdürmə yarışı Azərbaycan səfirliyinin pavilyonuna xüsusi rəngarənglik qatıb.

Xəbər 8682 dəfə oxunub.




31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +