Bu avtobusların hərəkət sxemi dəyişdirilir?
Müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA
Rus ordusu bir neçə yaşayış məntəqəsini işğal edib
Bakı rayonları korrupsiya əməliyyatlarından niyə kənarda qalır?
Axşam küçəyə çıxa bilmirik... - Montoneqroda yaşayan azərbaycanlı
Azərbaycanın rəsmi cavabını gözləyirik - Əraqçı
Xaçmazda yeniyetmə anasını qətlə yetirdi
Şimal nağıllarında təsvir edilən cənnət - Kanada
Rusiya kəşfiyyatına bağlıdırlar, növbə onlara çatıb - Siyasi şərhçi
Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxılıb


27.10.2025  18:10 

“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur





A+  A-

“Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.

Teleqram kanallarında yayılan məlumatlara əsasən, əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə mümkün əlaqəsi ola bilər. Hazırda əməliyyatla bağlı rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzibedici açıqlama verilib. Məlumat ilk olaraq “BarometrTV” teleqram kanalında yayımlanıb.

“Bolmart” son illərdə Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin sahibliyi, maliyyə hesabatları və ümumi fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar məhduddur.

Araşdırmalara görə, “Bolmart” brendinin hüquqi sahibi Pro-Mart MMC adlı şirkətdir. Dövlət Vergi Xidmətinin məlumat bazasında bu şirkətin təsisçiləri kimi Az Fast Moving Business MMC və Unitrade Group MMC göstərilib. Hər iki qurumun payı 50 faizdir. Şirkətin hüquqi təmsilçisi əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə “Bolmart” MMC-nin direktoru olub.

Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına əsasən, şirkətin illik satış dövriyyəsi 141 milyon manatdan çox olub. Lakin sənədlərdə xalis mənfəət cəmi 27 min manat kimi göstərilib. Bu fakt ictimaiyyətdə suallar doğurur: necə olur ki, yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik bir şəbəkə, kağız üzərində demək olar ki, qazanc göstərmir?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart”ın fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat başladıb.

Bundan əlavə, şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı şikayətlər dəfələrlə gündəmə gəlib. Ötən illərdə “Bolmart” mağazalarında baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. O vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu qeyd olunmuşdu.

Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü “yerli brend” kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat hələ də ictimaiyyətə açıqlanmayıb.

Milyonlarla manatlıq dövriyyəyə malik iri ticarət şəbəkələrinin real gəlirləri və vergi öhdəliklərinin şəffaflığı məsələsi isə ictimai müzakirələrdə aktual mövzulardan biri olaraq qalır.

Xəbər 2977 dəfə oxunub.




31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +