Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək
Bu şəxslərə verilən pulun məbləği 50 faiz artırıldı
Vəkil Bəhruz Bayramovun mənzili qarət olunub - Foto
İlham Əliyevin bu addımını alqışlayıram – Paşinyan
Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib
Azərbaycandan gələn təyyarə İrəvana eniş edib -FOTO
Dağıstana PUA hücumu
Baş nazir qərar imzaladı


15.10.2025  12:24 

Salyanda “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı tədbir keçirilib - FOTOLAR





A+  A-

Oktyabrın 14-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxanasında tədbir təşkil olunub.

XəzərNews.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə layihə çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı keçirilib.

Layihə rəhbəri və kitabın müəllifi Səməd Vəkilov çıxış edərək bildirib ki, nəşrdə 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyanın tarixi və hüquqi tərəfləri təhlil olunur. Kitabda deportasiyaya məruz qalan insanların Salyanın Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolüstü və digər kəndlərdə məskunlaşdırılması, ağır həyat şəraiti, insan talelərinə təsir edən hadisələr, şəxsi hekayələr və bioqrafik məlumatlar geniş şəkildə təqdim olunur.

Tədbirdə yerli ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxışlarda Qərbi azərbaycanlıların deportasiyasının tarixi ədalətsizliyinə diqqət çəkilib, bu mövzuda elmi araşdırmaların və maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Salyan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva tədbirin məhz Salyanda keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür təşəbbüslərin tarixi yaddaşın qorunmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət etdiyini qeyd edib.

Tədqiqatçı tarixçi Sahib Həsənov deportasiyanın tarixi aspektlərinə toxunaraq, hadisələrin həmin dövrün sosial-siyasi konteksti ilə əlaqəsini izah edib.

Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova Qərbi Azərbaycanla bağlı maarifləndirici layihələrin gənc nəsildə milli dəyərlərə və Vətən sevgisinə marağı artırdığını bildirib.

Salyan rayonunun axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Hüsnü Həsənov Dərələyəz mahalı ilə bağlı xatirələrini bölüşüb.

Şirvan-Salyan Regional Mədəniyyəd İdarəsinin Salyan üzrə nümayəndəsi Şamxal Əhmədov nəşr olunan kitaba görə müəllifə öz təşəkürunu bildirdi.

Həkim Afət Ələkbərov xatirələrini bölüşdü.

Behbud Feyruz oğlu Əhmədov Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov isə professor Həsən Mirzəyev haqqında fikirlərini ifadə edib.

Şair Nurlan Fərzəliyev də Qərbi Azərbaycandan olan ziyalı kimi öz düşüncələrini bölüşüb.

Qeyd edək ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii Ehtiyatlar Komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktoru dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorları Cəsarət Hüseynzadə və Telman İbrahimov, rəyçiləri isə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova və həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.













Xəbər 5252 dəfə oxunub.



22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +