Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


13.10.2025  16:33 

Kreditlərlə bağlı xəbərdarlıq: “Mənzərə ürəkaçan deyil”





A+  A-

Azərbaycanda əhalinin banklara borcu 27 milyard manatı keçib. Dövlət Statisika Komitəsinin cari ilin əvvəlinə olan məlumatına görə, ölkədə banklar tərəfindən ümumilikdə 27 milyard 477 milyon 656 min manat həcmində kredit verilib. Bu göstəriciyə əsasən, adambaşına düşən kredit məbləği 2 min 687 manat təşkil edir. Verilən kreditlərin böyük hissəsi isə paytaxtın payına düşür. Bakıda banklar tərəfindən 21 milyard 35,3 milyon manat kredit verilib. Beləliklə, paytaxtda hər bir sakinə orta hesabla 8 min 948 manat kredit düşür.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib ki, ölkə üzrə ümumi kredit qoyluşunda qeydə alınan artımın 78,3 faizi ev təsərrüfatlarına verilən kreditlərdəki artımla bağlıdır:



“Cari ilin 8 ayında ölkə üzrə kreditlərin ümumi həcmi 30 milyard 464 milyon manat olub. Bu ötən ilin 8 ayı ilə müqayisədə ümumi kredit qoyluşunun 10,2% və ya 2 milyard 815 milyon manat artması deməkdir. Müqayisə apardığımız dövrdə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 15 milyard 998 milyon manatdan 18 milyard 202 milyon manata qədər artıb. Daha doğrusu bu kreditlərin həcmi bir il ərzində 2 milyard 204 milyon manat və ya 13,8% çoxalıb”.

Professor qeyd edib ki, hazırda kredit bazarında mənzərə heç də ürəkaçan deyil. Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində vaxtı keçmiş kreditlərin həcmi də ötən ilin 8 ayı ilə müqayisədə 12,2% və ya 57,8 milyon manat artıb: “Bu faktlar kredit bazarında mənzərənin o qədər də ürəkaçan olmadığından xəbər verir. Əgər ümumi kredit qoyuluşunda bir il ərzində baş vermiş artımın 78,3%-i istehlak kreditlərinin artımının hesabına baş verirsə, bu heç də yaxşı ənənə deyil. Biz bu artımları real iqtisadiyyata, onun onurğa sütununu təşkil edən kiçik və orta biznes müəssisələrinə verilən kreditlərdə görmək istərdik”.

Xəbər 3349 dəfə oxunub.




21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +