“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


04.09.2025  17:58 

Şərurlu İsfəndiyar bezib: “Həbsə hazıram“





A+  A-

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə növbəti məhkəmə prosesi baş tutub. Aylardır davam edən iş üzrə növbəti prosesdə məlum olub ki, Şərur MTK-nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) vəkili iştirak etmir. Bu səbəbdən məhkəmə iclası sentyabrın 18-nə kimi təxirə salınıb.

XəzərNews.az iş adamının Musavat.com-a açıqlamasını təqdim edir:

- Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalını nəzərdən keçirirsiniz?

- Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.

- Emil Səməndərovun xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?

- Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı "dələduz" sözünü işlətmədiyimi qeyd etmişəm.

- Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?

- Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqədar iştirak etməyib. Bu prosesdə mənim bir vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.

- Xüsusi ittiham təsdiqini tapsa, sizin barənizdə hətta həbs cəzası çıxarılacağını bilirsiniz?

- Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.

Qeyd edək ki, İsfəndiyar Axundov Proqress 2016 MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

Xəbər 2470 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +