Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


25.10.2018  20:31 

Gəlirlər açıqladı - “Qarabağ” nə qədər qazanıb?





A+  A-

UEFA 2017/18 mövsümündə avrokubokların iştirakçısı olmuş klubların gəlirlərini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, ötən mövsüm ÇL-in qrupunda çıxış etmiş “Qarabağ”ın gəliri 16 milyon 819 min avro təşkil edib.

“Köhlən atlar” bu məbləğin 2 milyonunu pley-offa, 12 milyon 700 min avronu qrupa vəsiqə qazandığına görə əldə edib. Daha 1 milyon gəlir qrupdakı nəticələrə (iki heç-heçə), 1 milyon 119 min avro isə marketinq gəlirlərinə görə əldə edilib.

Ən çox isə Çempionlar Liqasının qalibi olan Madrid "Real"ı qazanıb. "Kral klubu" 88 milyon avro əldə edib. ÇL-in finalçısı olan "Liverpul" 81 milyon, "Roma" 83 milyon, "Yuventus" 80, "Bavariya" 70 milyon, "Çelsi" 65 milyon, "Mançester Siti" 63 milyon, PSJ 62 milyon, "Tottenhem" 61 milyon, "Barselona" 57 milyon, "Sevilya" 48 milyon, "Monako" 46 milyon avro, "Beşiktaş" 43 milyon avro, "Mançester Yunayted" 40 milyon, "Napoli" isə 38 milyon avro gəlir əldə edib. Avropa Liqasının qalibi "Atletiko"nun gəlirləri isə 47 milyon 857 min avro olub.

Xəbər 2897 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +