Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?
Direktor və müavini işdən azad edildi
Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?
Putinin təyyarəsi ilə bağlı təxribata... - Cavabı sarsıdıcı olacaq
AFFA “Neftçi“ni 9 700 manat cərimələdi
Fərman Abbasov vəzifəsindən atıldı
“Okean Avtosalon“da yeni cinayət işi


20.01.2018  20:34 

Məsud Məmmədov saxta veteranlıq sənədi satır - Gədəbəydə





A+  A-

Ötən il Gədəbəydə 600-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak zamanı əlil olmaları və yaxud da, döyüşlərdə iştirakı ilə bağlı arayışlar verilib.
XəzərNews.az milliyol-a istinadən xəbər verir ki, Gədəbəyin icra başçısının adı saxta veteranlıq sənədi biznesində hallanır. Ona bu işlərdə Gədəbəy rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsi kömək edir.

Yəni rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var.



Rayon sakinlərinin Gədəbəydə ezamiyyətdə olmuş müxbirimizə söylədiklərinə görə, keçən il 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak zamanı əlil olmaları və yaxud da, döyüşlərdə iştirakı ilə bağlı arayışlar verilib. Gədəbəy cəbhə bölgəsində olduğundan bura rayonun müdafiəsində iştirak edən xeyli insan var və onların əksəriyyəti vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsinin rəisi Məsud Məmmədovun sayəsində saxta əlillik statusu alıblar. Yerli sakinlər tərəfindən Məsud Məmmədovun isə bu işdə icra başçısı Ramiz Yediyarovla birbaşa əlaqəli çalışdığı bildirilir

Rayon sakinlərinin sözlərinə görə, əvvəllər sosial müvainət verərkən həmin vəsaitin yarısına özünə götürən yarısını isə müavinət istəyən imkansız ailəyə verməklə pul qazanan rəis Məsud Məmmədov yeni qaydalar tətbiq ediləndən sonra əli boşda qalıb. Artıq əlillik üçün müraciət edənlərin də sayı azaldığından şöbə rəisi yeni qazanc yerləti axtarıb tapıb.

Rəisin yeni yaradıcılığı barədə isə növbəti yazımızda...

Xəbər 4000 dəfə oxunub.




21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +