Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


13.02.2017  16:52 

Ziya Məmmədova yeni vəzifə verilir? - Qardaşı DANIŞDI: “Gəzən söz-söhbətlər ...”





A+  A-


Eks-deputat Elton Məmmədov qardaşı Ziya Məmmədovun nazir postundan uzaqlaşdırılması xəbərinə münasibət bildirib. 

XəzərNews.az xəbər verir ki, E.Məmmədov Modern.az-a açıqlamasında ölkə başçısının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını bildirib:

“Prezidentin təkcə Ziya Məmmədovla bağlı yox, verdiyi bütün sərəncamlar öz səlahiyyətləri çərçivəsindədir. Bu baxımdan ölkə rəhbərinin verdiyi sərəncamlar müzakirə obyekti ola bilməz”.

E.Məmmədov Z.Məmmədovun yeni yaradılacaq strukturda rəhbər vəzifəyə gətiriləcəyi xəbərlərinə də şərh verib:

“Bu bizim arzumuz ola bilər. Amma bu ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik.

Eks-nazirin qardaşı, 15 il Mili Məclisin deputatı olmuş biri kimi deyə bilərəm ki, Ziya Məmmədov, işlədiyi dövrdə xalqına, ölkə rəhbərinə sədaqətlə xidmət edib. Ölkədə gedən bütün infrastruktur yeniliklərində nazir kimi müstəsna xidmətləri var. Bu, tarixdir, danılmazıdır. Tarix də olanları yazdı”.



Xəbər 4536 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +