Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


14.07.2025  11:27 

Baptist kilsəsində atışma baş verib





A+  A-

İyulun 13-də ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərindəki Richmond Road Baptist kilsəsində atışma baş verib, nəticədə ölənlər və yaralananlar var.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxs əvvəlcə Blue Grass hava limanının yaxınlığında patrul əməkdaşını güllələyib, daha sonra avtomobil oğurlayıb və hava limanından 15 km aralıda yerləşən kilsədə atəşi davam etdirib.

32 yaşlı qadın və 72 yaşlı qadın kilsədə açılan atəş nəticəsində həlak olub. Hücumçu da zabitlər tərəfindən vurulduqdan sonra öldürülüb.

Daha iki nəfər yaralanıb: birinin vəziyyəti ağır, digərinin vəziyyəti stabildir. Xəsarət alan asayiş keşikçisinin vəziyyəti stabildir.

İlkin istintaq məlumatlarına görə, təcavüzkarın kilsədəki insanlarla əlaqəsi ola bilər, lakin təfərrüatlar açıqlanmır.

Xəbər 858 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +