Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib


17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?





A+  A-

Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar “Putin onu niyə qurban verdi” sualını önə çıxarır.

Burada iki mümkün cavab ola bilər.

Birincisi, Putinin planla razılaşmamasıdır;

Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur: bir xətt – Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt – Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar Putin tərəfindən verilir;

Mümkündür ki, Mehdiyevin çevriliş planı Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb.
İkincisi, Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib;

Çevriliş planının reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin gücü və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Putin Mehdiyevi Bakı ilə münasibətlərdə siyasi divident qazanmaq üçün qurban verib.

Asif Nərimanlı

Xəbər 2559 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +