Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib


12.08.2021  18:16 

Gürcüstanda ictimai nəqliyyat da işləməyəcək





A+  A-

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
XəzərNews.az xəbər verir ki, ölkənin koronavirusa qarşı mübarizə üzrə Qurumlararası Qərargahının iclasında bununla bağlı qərar qəbul edilib. Qərara əsasən, ölkədə avqustun 14-dən sentyabrın 4-nə qədər ictimai nəqliyyat işləməyəcək.

“Festival, konsert və idman yarışlarının keçirilməsi qadağan olunacaq. Beynəlxalq mərkəzlərdən başqa, uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilməyəcək. Restoran və kafelər isə axşam 23:00-a qədər işləyəcək”,- deyə məlumatda qeyd olunub.

Bundan əlavə, dövlət və özəl sektora əməkdaşlarını distant iş qaydasına keçirmək tövsiyə edilib.

Qeyd edək ki, avqustun 10-dan Gürcüstanda açıq havada maskadan istifadə məcburi olub.

Xəbər 3429 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +