“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto


13.07.2021  10:23 

Polis İtaliya-İngiltərə matçına görə 86 nəfəri həbs etdi





A+  A-

London polisi AVRO-2020-nin İtaliya - İngiltərə finalı ilə əlaqədar qayda pozuntuları səbəbindən 86 nəfəri həbs edib.
XəzərNews.az yerli KİV-ə istinadla xəbər verir ki, 53 həbs birbaşa "Uembli" stadionunda həyata keçirilib. İnsanlar ictimai asayişin pozuntusu, digər insanlara hücum və içkili vəziyyətdə olma ittihamları ilə tutulublar. İngiltərəlilərin italiyalı fanatlara hücumları da qeydə alınıb.

Daha əvvəl məlum olub ki, biletsiz azarkeşlərin bir hissəsi stadiona çaxnaşma nəticəsində daxil ola bilib. Habelə, 19 polisin matçda və stadion ətrafında xidmət vaxtı xəsarət aldıqları vurğulanıb. Onlardan birinin qolu sındırılıb, digərinin dişləri qırılıb.

Qeyd edək ki, "Uembli" stadionunda təşkil olunmuş final matçında İtaliya İngiltərəni penaltilərlə 3:2 (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) hesabı ilə yenib.

Xəbər 3594 dəfə oxunub.



21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +