Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


12.07.2021  10:58 

Süveyş kanalından tarixi rekord





A+  A-

Mart ayında “The Ever Given” gəmisinin qəzaya uğraması nəticəsində altı gün dünyanın gündəmindən düşməyən Süveyş kanalının 2020-2021-ci maliyyə ilində əldə etdiyi gəlir açıqlanıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kanalın bu maliyyə ilində tarixinin ən yüksək illik gəlirini əldə etdiyi bildirilir.

Süveyş kanalı İdarəsinin rəhbəri Usamə Rabi açıqlamasında qeyd edib ki, iyunda başa çatan maliyyə ilində kanalın gəliri 5,84 milyard dollar olub. Ötən il isə bu rəqəm 5,72 milyard dollar təşkil etmişdi.

Onun sözlərinə görə, kanaldan keçən gəmi sayı il ərzində 2,3 faiz artaraq, 9 min 546-dan 9 min 763-ə çatıb.

Qeyd edək ki, dünya dəniz ticarətinin 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Xəbər 3222 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +