Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı
Mərhum meyxanaçının qızı həbs olunub
Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır?
Nazirlik 10 milyonluq tender elan edib


10.07.2021  09:11 

Haitinin müvəqqəti Prezidenti o oldu





A+  A-

Haiti Senatı (parlamentin yuxarı palatası) öz spikeri Jozef Lamberi respublikanın müvəqqəti prezidenti elan edib.
Bu barədə XəzərNews.az “juno7” xəbər portalına istinadən xəbər verir.

“Yeni müvəqqəti Prezident Zati-aliləri Jozef Lamber hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə and içəcək”, - Senatın qətnaməsində deyilir.

Qeyd olunur ki, qərarın qəbul edilməsi on senatordan səkkizi tərəfindən dəstəklənib.

“Xalq tərəfindən senator seçilən Jozef Lamber öz həmkarları tərəfindən 7 fevral 2022-ci il tarixinə qədər Haiti Respublikasının müvəqqəti prezidenti funksiyalarını yerinə yetirmək üçün seçilib”, - qətnamədə deyilir.

Qeyd edək ki, Haiti prezidenti J. Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Sui-qəsdlə bağlı 28 şübhəli saxlanılıb.

Xəbər 3364 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +