Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


08.07.2021  12:49 

Qətlə yetirilən Prezidentin övladları ölkəni tərk etdi





A+  A-

İqamətgahına edilən hücum nəticəsində qətlə yetirilən Haiti Prezidenti Jovenel Moizin övladları ölkəni tərk edib.
XəzərNews.az xəbər verir ki, bu barədə yerli “Juno7” portalı məlumat verib.

Portal bununla bağlı əlavə detal açıqlamayıb.

Haitinin qonşu Dominikan Respublikasındakı səfiri Smit Auqustinin daha əvvəl verdiyi məlumata əsasən, Moizin övladları təhlükəsiz yerdə qoruma altındadırlar.

Xatırladaq ki, iyulun 6-dan 7-nə keçən gecə Jovenel Moizin iqamətgahına hücum edilib. Basqın nəticəsində, Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonradan o da xəstəxanada dünyasını dəyişib.

Prezidentin ölümündən sonra ölkədə 15 günlük matəm elan olunub.

Haitinin hüquq-mühafizə orqanları J.Moizin qətlə yetirilməsində əli olan dörd muzdlunu zərərsizləşdirib, daha iki nəfər isə saxlanılıb.

Xəbər 3714 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +