“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama
Makron Tramp-Putin görüşünü alqışlayır, amma...
PUA-lar Rostovu vurdu
Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto


06.06.2021  11:46 

Kanadada naməlum xəstəlik yayılır





A+  A-

Kanadanın Nyu-Brunsvik əyalətində nevroloji simptomları olan naməlum xəstəlik üzə çıxıb.
XəzərNews.az bildirir ki, “New York Times” qəzeti bu barədə yazıb.

Xəstəlik ilk dəfə 2015-ci ildə aşkar edilib, o vaxtdan bəri əyalətin 48 sakinində simptomlar müəyyən edilib, onlardan altısı ölüb. Eyni zamanda, həkimlər dəqiq diaqnoz qoya bilmirlər, çünki xəstəliyin göstəricilərinin bir-biri ilə dəqiq əlaqəsi yoxdur.

Xüsusilə xəstələrdə yuxusuzluq, hərəkət koordinasiyasının pozulması, halüsinasiyalar, əzələ ağrısı, sürətli gedən əqli zəiflik, depressiya, narahatlıq və görmə pozğunluğu yaşanır. Aparılan analizlərdə xəstələrdə baş beyinin atrofiyası və nevroloji funksiyanın pozulması aşkar olunub.

Xəstələr 18-84 yaş arasındadır və əsasən Nyu-Brunsvikin iki ryonunda yaşayırlar. Hazırda həkimlər diaqnoz qoyulması üzərində işlərini davam etdirirlər.

“Bu, beyin və onurğa beyni tərəfindən idarə olunan hər şeyin dərhal itirilməsi ilə baş verən sürətli əqli zəiflik və psixiatrik təzahürdür. Bu, dəhşətdir”, - deyə nevroloq Nil Keşman vəziyyəti izah edib.

Xəbər 3160 dəfə oxunub.



21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +