Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


24.04.2021  16:22 

Rusiya xarici gəmilərin Qara dənizə girişini bağladı





A+  A-

Rusiya Qara dənizdəki üç bölgəni döyüş gəmiləri və dövlət əmlakı kateqoriyasındakı gəmilərə bağlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Naviqasiya və Okeanoqrafiya İdarəsinin bülletenində məlumat yayılıb.

Məhdudiyyətlər bu gün axşam 21:00-dan tətbiq olunacaq və bu məhdudiyyət oktyabrın 31-dək qüvvədə qalacaq.

Bu müddətdə Sevastopol-Qurzuf arasındakı sahil ərazisi, Kerç yarımadası sahillərindəki Opukski təbiət qoruğunun ətəyindəki sahə və Krımın qərb hissəsinə yaxın kiçik bir sahə qapalı olacaq.

O da qeyd edilib ki, bu bölgələr Rusiyanın milli sularına daxildir və qapanma Kerç boğazından gəmi səfərlərinə əngəl olmayacaq.

Xəbər 4114 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +