İlham Əliyevə qazaxların milli geyimi hədiyyə olundu
Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb
Yeni nazir kim olacaq?
Leysan olacaq, dolu düşəcək - Hava
Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama


21.10.2020  08:46 

ÜST daha bir xəstəliklə bağlı xəbərdarlıq etdi





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan infeksiya ilə bağlı həyəcan təbili çalıb.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat Yəmənin şimalında son 9 ayda 76 nəfərin dang qızdırması səbəbindən həyatını itirməsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, 38 516 nəfər yoluxmada şüphəli bilindiyi üçün test edilib. Testin nəticələrinə əsasən, 92 faiz yoluxma Marib, Hudeyde, Taiz və Hacce bölgələrində qeydə alınıb.

Ağcaqanadlar vasitəsi ilə ötürülən xəstəlik yağışın çox yağdığı fəsillərdə, əsasən də iyun-sentyabr aylarında artır.

BMT rəsmiləri əvvəlki açıqlamalarında, Yəməndə bir çox insanın sadəcə yeni növ koronavirus (Covid-19) səbəbiylə deyil, həm də ölkədəki səhiyyə sisteminin tamamilə çökməsi şəraitində malyariya, vəba, dang və digər xəstəliklər səbəbindən ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər.

Xəbər 3211 dəfə oxunub.



21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +