Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


16.12.2019  14:38 

YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirildi - Fotolar





A+  A-

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 23 dekabr tarixində ölkəmizdə keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov, millər vəkili, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin üzvü Kamaləddin Qafarov, Yeni Azərbaycan Partiyasının Rəsulzadə və Binəqədi qəsəbə Bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş şəxslər və həmin ərazilər üzrə seçicilər iştirak ediblər.

Görüşdə çıxış edən Ramiz Göyüşov Azərbaycanda seçki tarixindən, seçki sisteminin formalaşdırılmasından söhbət açıb, hər bir vətəndaşın səsvermə hüququndan istifadə etməsinin vacibliyini bildirib. R.Göyüşov bütün seçiciləri qarşıdan gələn Bələdiyyə seçkilərində fəal iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə səsləyib. R.Göyüşov əlavə edib ki, ölkəmiz demokratik, hüquqi dövlət olaraq vətəndaşların inkişafı, azadlığı, öz iradəsinin təminatı istiqamətində daim islahatlar həyata keçirir: "Seçmək, seçilmək hüququ da vətəndaşlarımıza verilən və Konstitusiya ilə müəyyən olunan müstəsna hüquqlardan biridir. Bu baxımdan vətəndaşlarımız öz gələcək taleyinə biganə qalmamalı, seçkilərə qatılaraq öz namizədini dəstəkləməlidir”.



Millət vəkili Kamaləddin Qafarov çıxışında ölkəmizdə bələdiyyələrin təsis olunması tarixindən, bu sahədə qanunvericiliyin formalaşdırılmasından bəhs edib: "Bələdiyyələr dövlətin və xalqın həyatında önəmli yer tutan bir qurumdur. Onların inkişafı birbaşa dövlətin və cəmiyyətin inkişafına təsir edir. Çünki təyinat əsasında deyil, seçkilərin keçirilməsi, xalqın iradəsi əsasında formalaşan bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq daim xalqın içindədir, onun sifarişini, istək və arzularını bilir. Təbii ki, bələdiyyələr onlara olan ümidləri tam doğrultmalıdırlar. Bu yüksək məsuliyyəti öz üzərinə götürən bələdiyyə üzvləri daim vətəndaşlarla ünsiyyətini sıxlaşdırmalı, onların rifahına çalışmalıdır”.



Görüşdə seçicilər qarşısında çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən Rəsulzadə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Hümbət Hüseynov, Nurlan Hacıyev, Nəzirə Rzazadə, Çinarə Ağayeva, Binəqədi qəsəbə Bələdiyyəsi üzrə namizədliyi irəli sürülmüş Niyaz Niftiyev, Rəşad İsayev, Afiq Qasımov bələdiyyənin inkişafı, seçicilərin maraqları naminə səylə çalışacaqlarını, onlara göstərilən etimadı doğruladacaqlarını söyləyiblər.

Xəbər 3252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +