Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


13.06.2019  08:43 

Məktəblərə psixoloqlar hansı qaydalarla götürülür?





A+  A-

“Müvafiq ixtisas sənədi olmayan şəxsin məktəbdə işləməsi mümkün deyil və belə hal yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Real TV”nin suallarını cavablandırarkən deyib. Tağıyev “Məktəblərə psixoloqlar hansı formada işə götürülür” sualına belə cavab verib:

“Son 5 ildə baza təhsili psixologiya olan şəxsləri müsabiqəyə buraxırıq və bunun yüksək nəticələri olur. Ötən il də bu il aşağı keçid balı ən yüksək psixoloqların keçid balı idi. Nəzəri baxımdan yüksək bilikləri olub. Məktəb mühitinin yaxşılaşdırılması istiqamətində Bakı Şəhər Təhsil İdarəsi tərəfindən məktəblərdə seminarlar, müşavirələr, təlimlər təşkil olunub. Hər rayon üzrə ayrı-ayrılıqda keçirilən məktəb seminarlarında 5 mindən artıq şəxs iştirak edib ki, onların arasında məktəb direktorları da, psixoloqlar da, valideynlər və müəllimlər də olub. Məktəbdəki problemli situasiyalar müzakirə edilib, tövsiyələr verilib. Daim bu istiqamət nəzarətdədir”.

Xəbər 2943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +