Ramiz Mehdiyevin oğlu hərbi xidmətdən yayınıb?
Rusiyada yanacaq qıtlığı: Ölkədə nə baş verir?
Zelenskidən Rusiyaya xəbərdarlıq: Biz heçnə...
Keçmiş nazirə “stop” qoyuldu -İDDİA
Zahid Oruc barəsində yazılanlara münasibət bildirib
Fəzail Ağamalının Ramiz Mehdiyevə məktubu üzə çıxıb
Türkiyədə zəlzələ baş verib
Sabahın havası açıqlandı
PUA hücumu: Bu ölkədə qaz idxalı dayandırıldı
Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar


21.11.2018  10:52 

Yeni sayğaclar quraşdırılır - Telefonla qaz yükləmək olacaq





A+  A-

“Azəriqaz” İstehsalat Birliyi yeni sayğacların tətbiqinə başlayır.
XəzərNews.az xəbər verir ki, yeni sayğaclar bir çox xüsusiyyətlərinə görə, əvvəlki sayğaclardan fərqlənir.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a açıqlamasında bunu təsdiqləyib və bildirib ki, artıq yeni sayğaclar test rejimində yoxlanılıb:

“”İTRON” firmasına məxsus yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları asanlaşır. Əvvəlki smart-kartlarda abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları baş verirdi ki, belə olan halda məbləğ sayğaca yüklənmirdi. Buna görə də problemi həll edənədək vətəndaşlar qazsız qalırdı. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb. Belə ki, yeni kartlarda çip hissəsi yoxdur. Çip hissə kartın daxilində yerləşdirildiyindən, abonent məbləği yükləmək üçün kartı sayğaca daxil etməyəcək. Kartı sayğaca yaxınlaşdırmaqla, ödənişi rahat şəkildə həyata keçirmiş olacaq.

Eyni zamanda, əvvəlki qaz sayğaclarının göstərici lövhəsində işıqlandırma olmadığından, qaranlıqda sayğac üzərində hər hansı əməliyyat aparmaq çətinləşirdi. Yeni sayğacların ekranında isə işıq sistemi yardılıb ki, qaranlıq saatlarda rahatlıqla əməliyyatlar icra etmək mümkündür”.

Qurum rəsmisi daha bir yeniliyin telefon vasitəsilə ödəniş etmək olduğunu açıqlayıb:

“Bunun üçün abonent telefonuna proqram təminatı yükləməlidir. Bundan sonra xüsusi e-mail vasitəsilə qeydiyyata alınacaq. Balansı istədiyi qədər artıracaq və telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmiş olacaq”.

İ.Kərbalayevin sözlərinə görə, bir müddət əvvəl ölkəyə test üçün 70 sayğac gətirilib:

“Sayğaclar sınaqdan keçib və hazırda ikinci sınaq dövrü də uğurla başa çatıb. Hazırda yeni sayğacların tətbiqinə başlanılıb. Ölkəyə tələbata uyğun olaraq, kifayət qədər sayğac gətirilib və dövlət yoxlamasından keçirilib, quraşdırılması üçün hazır vəziyyətdədir”.

Qurum rəsmisi qeyd edib ki, yeni sayğacların quraşdırılması kütləvi xarakter daşımayacaq:

“İstismar müddəti başa çatmış, zədələnmiş sayğacların dəyişdirilməsinə ehtiyac yarandığı zaman, yeni sayğaclardan istifadə ediləcək”.

Xəbər 3157 dəfə oxunub.




19.10.2025  16:49 

Akif Məmmədov saxlanıldı

19.10.2025  16:28 

Türkiyədə zəlzələ baş verib

19.10.2025  16:25 

Sabahın havası açıqlandı

18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?


BÜTÜN XƏBƏRLƏR +