İlham Əliyevə qazaxların milli geyimi hədiyyə olundu
Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb
Yeni nazir kim olacaq?
Leysan olacaq, dolu düşəcək - Hava
Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama


15.05.2018  12:17 

Cəlilabadda Şəhid adını daşıyan məktəbin acınacaqlı vəziyyəti FOTOLARDA





A+  A-

Əhalisinin sayı 3500 nəfərə yaxın olan Cəlilabad rayonu, Şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbi acınacaqlı durumdadır.
İkimərtəbəli təhsil müəssisəsinin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik sistemi ümumiyyətlə yox səviyyəsindədir. Və belə bir şəraitdə böyük bir kəndin şagirdləri dərs keçmək, müəllimləri isə dərs demək məcburiyyətindədirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə 2017-ci ilin oktyabrında keçmiş təhsil naziri Mikayıl Cabbarova müraciət edilsə də heç bir cavab alınmayıb.

Qeyd edək ki, kənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb. 1957-ci ildə 8 illik, 1986-cı ildə isə hazırda haqqında bəhs etdiyimiz 11 illik orta məktəb istifadəyə verilib. Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb.

Məktəbin ümumi vəziyyətini sözlə ifadə edib uzun-uzadı yazmaq istəmirik. Sadəcə olaraq məktəbin həm içəridən, həm də çöldə çəkilmiş fotolarını təqdim edirik:





Xəbər 3404 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +