Mərhum nazirin ailəsinə ağır itki üz verib
Akademikin qızının 1 milyon avrosu ələ keçirilib?
Səbaildə qəzalı bina təhlükə saçır, qurumlar susur - Foto
Poliklinika var, amma rentgen aparatı işləmir
Toyuna sayılı günlər qalırdı... - Meyiti tapıldı
Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb


19.12.2017  15:38 

34 mindən çox siqaretə qadağa qoyuldu





A+  A-

Gömrük əməkdaşları aksiz markası ilə markalanmamış külli miqdarda siqaretin ölkə ərazisində realizə edilməsinin qarşısını alıblar.
XəzərNews.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes Benz E220 CDİ" markalı avtomobil Bakı-Qazax yolunun Yevlax rayon ərazisindən keçən hissəsində saxlanılıb.

Yevlax Gömrük İdarəsində həmin nəqliyyat vasitəsinə baxış zamanı, avtomobilin yük yerində aksiz markasız cəmi 34 min 400 ədəd müxtəlif adda siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3110 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +