Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


26.08.2025  17:51 

Boksçu gənclərin maaşını mənimsəyirlər?





A+  A-

Azərbaycan Boks Federasiyasında gənclərdən ibarət milli komandanın 8 aydır maaşı verilmir. Federasiyada olan şəxslər gənclərin maaşını mənimsəyirlər.

Bunu Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Sumqayıt Təşkilatının sədri və boks üzrə məşqçi Ramil Məmmədzadə bildirib.

“Məsələ tək maaşdan ibarət deyil. Gəncləri milli komandaya daxil edirlər, ancaq onların otel, geyim və qida xərclərini qarşılamırlar. Mən dəfələrlə şikayətçiləri mediaya müraciət etmələri barədə məlumatlandırmışam. Lakin onlar qorxurlar. Mənim Tiktok platformasında etdiyim şikayətlərdən sonra gəncləri çağırıb sentyabrda maaşlarının veriləcəyini deyiblər. Bəs geridə qalan 8 ayın maaşı?

Hazırda hər çəkidən 3-4 idmançı var və ümumi hesabla sayları 30 nəfərə yaxındır. 30 nəfərin maaşını da 470 manatdan hesablasaq külli miqdarda pul olur. Bu qədər məbləğ 8 aydır ki, yoxdur”, - Məmmədzadə bildirib.

Məşqçinin sözlərinə görə, bu barədə dəfələrlə Gənclər və İdman Nazirliyinə və aidiyyəti qurumlara müraciət ünvanlamağına baxmayaraq, nəticəsiz qalıb:

“Hətta mənə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli zal və maaş kartı söz vermişdi, yerinə də yetirmədi. Narahat etməməyim üçün nömrəmi də qara siyahıya atdı.

Federasiyada çox böyük problemlər var. Məşqçilər idmançılara qərəzli davranışlar sərgiləyir. Məsələn, ölkə çempionu olan idmançı məşqçinin xoşuna gəlmirsə, onu yarışlara aparmır. Daha çox bəyəndiyi adamları aparır ki, o şəxslər də bacarıqsız olur və uğur qazana bilmirlər. Bir sözlə, federasiyanı şəxsi obyektləri kimi istifadə edirlər.

Ölkə çempionu olan şəxsə bir illik maaş verilməlidir. Ancaq maaş çox absurd səbəbdən verilmir. Səbəb olaraq da bildirirlər ki, həmin şəxsin babası əlilliyə görə təqaüd aldığı üçün ona maaş düşmür. Həmçinin, bir idmançımız da var ki, Rusiya vətəndaşıdır və Tərtər rayonundan qoşulub komandaya. Gedib yarışlarda da uğur əldə edib, ancaq Rusiya vətəndaşı olduğunu deyib, pulunu vermədilər. Əgər Rusiya vətəndaşıdırsa, niyə Azərbaycan çempionatında döyüşdürülür? Hansı məşqçi etiraz etmək istəyirsə, bir bəhanə tapıb onu uzaqlaşdırırlar”.

Məşqçi bildirib ki, Azərbaycan Boks Federasiyasının Sumqayıt şəhərində tikdirdiyi idman zalında məşqlər pullu keçirilir:

“Dövlətin bizim üçün yaratdığı şəraiti pulla satırlar. Hətta federasiyanın prezidenti tapşırıq verib ki, bacarıqlı gənclərə kiçik miqdarda maaş ayrılsın. Onlara bir neçə nəfəri təklif etdim və cavab olaraq bildirdilər ki, həmin şəxsləri özləri təyin edəcəklər. Onlar Azərbaycan Boks Federasiyasında biznes qurublar. Onlara nə federasiya, nə boks, nə də uğur maraqlıdır”./Bakupost.az

Xəbər 1789 dəfə oxunub.



18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +