Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


27.08.2025  12:36 

Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi





A+  A-

Bu tapıntı təkcə Türkiyə deyil, bəşəriyyət üçün də tarixi əhəmiyyət daşıyır

XəzərNews.az xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yerləşən Karahantepe, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Göbəklitepe ilə birlikdə, 12 min il əvvələ aid dünyanın ən qədim Neolit dövrü yaşayış məskənlərindən biri hesab olunur. Bu ərazi hər yeni arxeoloji qazıntı ilə tarixdən əvvəlki insan cəmiyyətlərinə işıq tutur və onların sirli dünyasını anlamaqda əhəmiyyətli rol oynayır.

Bu dəfə Karahantepe dünya miqyasında əlamətdar bir kəşflə gündəmə gəlib – alimlərin fikrincə, burada dünyanın indiyədək məlum olan ən qədim üçölçülü mifoloji süjeti aşkar edilib. Arxeoloqlar bu tapıntını Neolit dövrünün "əsrin kəşfi" kimi dəyərləndirirlər.

Qazıntılar zamanı daşdan hazırlanmış qablar və boşqabların xüsusi ardıcıllıqla, bir-birinin üzərinə yığılmış vəziyyətdə düzüldüyü məlum olub. Bu kompozisiyanın içində daşdan yonulmuş heyvan fiqurları, daş əsalar, muncuqlar və qırmızı steril torpaqla möhürlənmiş qablar aşkar edilib. Ətraf mühitdə isə canavar çənəsi, bəbir sümüyü, qartal və tülkü kimi heyvanların sümükləri simvolik şəkildə düzülüb.



Qabların üzərində incə həndəsi naxışlar, heyvan və stilizə edilmiş insan təsvirləri yer alır. Xüsusilə diqqət çəkən isə içi torpaqla doldurulmuş və kiçik daş qapaqla örtülmüş dibsiz bir qab olub. Onun içərisində tülkü, qartal və qaban fiqurları yerləşdirilib. Bu fiqurların baş hissəsi daş halqanın içində idi – bu da kompozisiyaya güclü simvolik məna qatır. Qartal fiqurunun halqadan qismən çıxmış vəziyyətdə olması, qabın möhürlənməsindən sonra baş verdiyi düşünülür.

İndiyədək Şanlıurfa bölgəsində əsasən ikiölçülü təsvirlərə rast gəlinirdi. Lakin Karahantepedəki bu tapıntı, ilk dəfə olaraq simvolik süjetin üçölçülü formada və yerində nümayişidir. Bu xüsusiyyət onu digər kəşflərdən fərqləndirir və Neolit dövrü sənətində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Tapıntının xüsusi hazırlanmış üçölçülü kompozisiya formasında təqdim olunması, sadəcə incəsənət və inanclar baxımından deyil, həm də dövrün ictimai yaddaşına işıq salması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, insanlıq tarixində ilk dəfə süjetli, ardıcıl və çoxfiqurlu hekayənin üçölçülü formada yaradıldığını göstərir.

Karahantepe, Taş Tepeler adlanan geniş Neolit dövrü məskənlər kompleksinə daxildir. Bu bölgə “Gələcəyə İrs” layihəsi çərçivəsində Türkiyənin arxeoloji irsini qorumaq və tanıtmaq məqsədilə diqqət mərkəzində saxlanılır.

2024-cü ildə bölgənin mərkəzi sayılan Göbəklitepe 709,643 ziyarətçi qəbul edib. Ziyarətçilərin böyük hissəsi Karahantepeni də ziyarət etməyə üstünlük verir. Bu maraq, bölgədə ardıcıl olaraq edilən arxeoloji tapıntılar və onların təqdimatı ilə daha da artır.

Son tapıntılar hazırda Ankarada Prezident Kompleksinin Sərgi Zalında keçirilən “Arxeologiyanın Qızıl Dövrü” adlı sərgidə nümayiş olunur. Sərgidə təkcə Karahantepedəki kəşflər deyil, həm də müxtəlif ölkələrdən geri qaytarılmış nadir artefaktlar da təqdim edilir. Bu tədbir Türkiyənin qədim mədəni irsə verdiyi yüksək dəyəri və sadiqliyini nümayiş etdirir.

Karahantepedəki bu kəşf, Neolit dövrü insanının düşüncə dünyasını və simvolik təfəkkürünü anlamaqda mühüm mərhələ sayılır. İlk dəfə olaraq bir süjetin üçölçülü təsviri, qədim insanın dünyanı dərk etmə və ifadə etmə qabiliyyətini ortaya qoyur.


Xəbər 1226 dəfə oxunub.

'


21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +