Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


31.01.2025  10:26 

Polkovnik dələduzluqda ittiham olunur





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çağırışçılara hərbi möhlətin verilməsi, hərbi xidmət yerinin təyin edilməsi, habelə SHXÇDX və Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinində xidmətə qəbulla bağlı vədlər verərək dələduzluq edib.

O, 2021-ci il iyul ayında hərbi möhlətin verilməsi üçün 4800 manat, 2022-ci il may ayında möhlət hüququn verilməsi müqabilində 4000 manat, 2023-cü il may ayında möhlət hüququn verilməsi müqabilində 4500 manat pul alıb.

Həmçinin təqsirləndirilən şəxs təhsillə əlaqədar 1 illik hərbi xidmətdən möhlətin verilməsi üçün 4000 manat məbləğində pul alıb.

Bununla yanaşı, o, hərbi çağırışçının Daxili Qoşunlarda xidmət keçməsini təmin edəcəyi vədi verərək 5000 manat pul alıb.

Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayında bir nəfərin SHXÇDX-də hərbi qulluqçu kimi qəbul edilməsinə kömək edəcəyi vədini verərək 13 min manat, digər şəxsdən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinində xidmətə düzəldəcəyi vədi verərək 14 min manat almaqda ittiham olunur.

Daha sonra zərərçəkənlər ifadə verib.

Zərərçəkən H. Əmrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirib və şikayətçi olmadığını qeyd edib.

İş üzrə digər zərərçəkən M.Muradov ona dəyən maddi zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirib.

Təqsirləndirilən şəxs zərərçəkənlərin çıxışına münasibət bildirərək qeyd edib ki, hərbi xidmətə möhlət hüququ vermək onun səlahiyyətində deyil: "Çağırışçılara xəstəliklə əlaqəli hərbi xidmətdən möhləti xəstəxana verir. Bu, mənim səlahiyyətimdə deyil. Zərərçəkənə dəymiş ziyan ödəniləcək. Xidmətdə qulluğa qəbula gəldikdə isə rəhbərlik dəyişildi və o iş qaldı. Həmin şəxsə də ziyan ödənilib”.

Məhkəmə fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.

Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib./APA

Xəbər 3968 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +