Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı
Saxlanılan icra başçısının qızı hakimdir
Sahibkar parklanma yerini qanunsuz zəbt etdi
DTX-nin saxladığı icra başçısı kimdir? - 14 ildir...
Qurban Qurbanov futbolçularını cərimələyib? – Rəsmi


22.08.2022  11:03 

Narkotik satan və alan şəxslər saxlanılıb





A+  A-

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Goranboy rayon sakini Binyamin Allahverdiyev və Rəfail Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

XəzərNews.az xəbər verir ki, saxalnılan şəxslərin üzərindən müxtəlif bükümdə narkotik vasitə olan “heroin”, B. Allahverdiyevə məxsus avtomobildən isə müxtəlif bükümlərdə “heroin” “metamfetamin” və narkotik qəbulu üçün digər vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onlara narkotik vasitəni 105 manata satmaqda şübhəli bilinən Yevlax şəhər sakinləri Elsevər Musayev və Aruz Məmmədov da saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 3203 dəfə oxunub.




30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +