Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev
Yalandır, hazırda Bakıdayam - Əli Həsənov
42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
SEPAH komandirinə sui-qəsd edildi
Lukaşenko: Ukraynaya nəzarət bərpa olunmayacaq
Bir erməninin belə Qarabağa təhlükəsiz qayıtması... - Simonyan
Sərhədin demarkasiyası baş tutmayınca - Hayk Qalumyan
Bu səs-küy onun Mehdiyevin gəlini olmasına görədir – Sərdar Cəlaloğlu
Bu avtobusların hərəkət sxemi dəyişdirilir?
Müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA


28.06.2018  18:52 

Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq?





A+  A-

Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq.
İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s.

Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək.

Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir?

XəzərNews.az bildirir ki, bu suala Oxu.Az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən Azırbaycanda yeni kateqoriyalı və alt kateqoriyalı sürücülük vəsiqələrin verilməsinə başlanacaq.

“Bizim bu gün istifadə etdiyimiz sürücülük vəsiqələrində 4 kateqoriya mövcuddur. Yeni sürücülük vəsiqələrində yeni kateqoriya və alt kateqoriyalar öz əksini tapacaq: B1, D1 vəsiqələri 18 yaşdan yuxarı sürücülərə veriləcək, D1E kateqoriyasını isə 23 yaşdan yuxarı insanlar əldə edə biləcəklər”, - ekspert qeyd edib.

O deyib ki, dəyişikliklərin tətbiqi təbii addımdır.

“Misal üçün, əvvəllər kvadrosikl kimi nəqliyyat vasitələri olmayıb və əlbəttə ki, qanun bu tip nəqliyyat vasitələrinin sürücülərinə aid deyildi.

A1 alt kateqoriyası 16 yaşdan yuxarı insanlara motorlu velosipedlər idarə etməyə imkan verəcək”, - A.Allahverənov əlavə edib.

Daha bir vacib dəyişiklik yüksəktonajlı yük avtomobillərinin idarə olunmasını nəzərdə tutan C1E kateqoriyasının hazırlanmasıdır. Əvvəllər C kateqoriyası ilə bütün növ yük avtomobillərini idarə etmək mümkün idi, ancaq 2019-cu il yanvarın 1-dən bu cür avtomobilləri idarə etmək üçün C1E kateqoriyası da vacib olacaq.

“Qeyd etmək lazımdır ki, yeni dəyişiklərə əsasən, B1 kateqoriyası kvadrosikl və trisikllara aid ediləcək.

Yeri gəlmişkən, bir müddət öncə vətəndaşının sürücülük vəsiqəsi üçün imtahan verməmişdən öncə hansı növ avtomobil idarə edəcəyini bildirəcəyi ilə bağlı məlumatlar yayılmışdır. Əgər avtomobil avtomatik idarə ediləndisə, bu, vəsiqədə qeyd olunacaq.

Ancaq bu dəyişikliklə bağlı bəzi aspektlər açıq qalır. Və yəqin ki, bu səbəbdən prezidentin həmin sərəncamında 3 ay ərzində dəyişikliklərin hazırkı qanunvericilikdə əksini tapması göstərilib”, - Allahverənov qeyd edib.

Xəbər 2900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili

30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...


BÜTÜN XƏBƏRLƏR +