Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı
Saxlanılan icra başçısının qızı hakimdir
Sahibkar parklanma yerini qanunsuz zəbt etdi
DTX-nin saxladığı icra başçısı kimdir? - 14 ildir...
Qurban Qurbanov futbolçularını cərimələyib? – Rəsmi


19.04.2018  14:27 

“Birgəyaşayışın Azərbaycan modeli bəşəriyyətə uğur gətirə bilər”





A+  A-

"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik”.
XəzərNews.az-ın məlumatına görə, Prezident İlham Əliyevin parlamentdə keçirilən andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi milli birlik mesajlarına münasibət bildirən milli, dini və multikulturalizm məsələlər üzrə araşdırmaçı jurnalist Niyaz Niftiyev bildirib ki, düşünülmüş multikulturalizm siyasəti olmadan ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz: "Azərbaycanın birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyani təzahürlərindəndir. Ölkəmizin milli mədəniyyətinə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər”.

N.Niftiyev bildirib ki, bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya yol verməmək üçün birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək və bu düsturu digər ölkələrdə də tətbiq etmək ancaq bəşəriyyətə uğur gətirə bilər: "Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bunu ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf təlabatları ilə elmi cəhətdən əsaslandırılıb. Bu baxımdan, prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri bir daha onu deməyə əsas verir ki, multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir”.

N.Niftiyev qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir: "Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc - yanaşı yaşayıblar – aralarında heç bir ayrı-seçkilik olmayıb. Bu ənənə eyni qaydada davam etməkdədir”.

Xəbər 3218 dəfə oxunub.




30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +