Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO


01.03.2018  18:43 

Jurnalistlərin binasından oğurluq edənlər tutuldu





A+  A-

Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.
XəzərNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.

Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri Ələkbər Ələkbərov və Fərhad Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onların jurnalist Ağanisə Sultanova da daxil olmaqla, Bakının Yasamal və Səbail rayonlarında 6 evdən pul, noutbuklar, kompüter dəstləri, məişət və qızıl-zinət əşyaları oğurlamaları, daha bir evdən isə oğurluğa cəhd etmələri müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxslərin başqa cinayətlərdə əlaqələrinin olub-olmadığı araşdırılır.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, yanvarın 30-da Ağanisə Sultanovun jurnalistlərin binasında yerləşən mənzilinə daxil olan naməlum şəxslər oradan 1000 manat pul və 3900 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Xəbər 3135 dəfə oxunub.




23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +