Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?


29.08.2025  11:18 

Olavio Juninyo geri qayıdır?





A+  A-

"Flamenqo"da istədiyi oyun praktikasını qazana bilməyən Olavio Juninyo karyerasını yenidən "Qarabağ"da davam etdirə bilər.

XəzərNews.az Braziliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı hücumçu ilə danışıqları yenidən aktivləşdirib. "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi bu transferin reallaşması üçün əsas səbəblərdən biri hesab olunur.

"Flamenqo"nun baş məşqçisi Filipe Luis də son açıqlamalarında komandanın güclü heyətə malik olduğunu, bu səbəbdən bəzi futbolçuların ayrılmasının qaçılmaz ola biləcəyini dilə gətirib. Çempionatda 25 oyunda meydana çıxan, lakin cəmi üç qola imza atan Juninyo da ayrılığa ən real namizədlərdən sayılır.

Qeyd edək ki, braziliyalı forvard bu ilin əvvəlində 5 milyon avro qarşılığında "Qarabağ"dan "Flamenqo"ya keçmişdi. Hazırda oyunçu Ağdam klubuna qayıtmaqda maraqlıdır. Azərbaycan çempionu futbolçunu icarəyə götürmək istəyir, amma Braziliya klubu onu birdəfəlik transferə çıxarmağa çalışır. Tərəflər maliyyə məsələlərində razılığa gələrsə, keçid baş tuta bilər.

Xəbər 1784 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +